Xəbər lenti

İdman 21:39 19.06.2018

Seneqal Polşaya qalib gəldi

Rusiyada keçirilən dünya çempionatı davam edir. 

Qaynarinfo xəbər verir ki, H qrupunda mübarizəyə start verilib.

Qrupun ikinci oyununda isə Polşa və Seneqal münasibətlərinə aydınlıq gətirib. Seneqal 37-ci dəqiqədə Tyaqo Rangel Çionekin avtoqolu ilə hesabda önə keçib. 60-cı dəqiqədə M'Baye Nianq fərqi artırıb. 86-cı dəqiqədə Qreqori Kriçovayk Polşanın təsəlli qouna imza atıb. Beləliklə, Seneqal 2:1 hesablı qələbə qazanıb.

Bununla qrup mərhələsində ilk tur başa çatıb.
 
Qeyd edək ki, qrupun ilk oyunu Kolumbiya və Yaponiya arasında baş tutub. Yaponlar 2:1 hesablı qələbə qazanıb.

DÇ-2018
F qrupu
I tur

19 iyun
Polşa - Seneqal
Qollar: Qreqori Kriçovayk, 86 - Tyaqo Rangel Çionek, 37 (avtoqol). M'Baye Nianq, 60. 
Baş hakim: Navaf Şhukralla (Bghreyn).
Moskva. "Otkritie Arena".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->