Dünya 11:50 05.12.2018

Sergey Lavrov bu ay Bakıya gələcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ay Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Lavrov 14 dekabrda Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Gülşən