Video 21:10 15.03.2018

Sergey Lavrov forumda yıxıldı (VİDEO)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən "Rusiya imkanlar ölkəsidir” adlı forumda səhnəyə çıxan zamanı yıxılıb.

Qaynarinfo NTV-ə istinadən xəbər verir ki, Lavrov pilləkənə ilişərək dizi üstə yıxılıb, lakin tez qalxaraq öz yerini tutub.

Rusiya XİN rəhbəri öz nitqini forumda zarafatla başlayıb: "Görürsünüz, ilişdim. Yaxşı ki, diplomatik cəbhədə yox, forumda yıxıldım”.