Dünya 13:05 18.11.2017

Səudiyyə Berlindəki səfirini geri çağırdı

Almaniyanın Səudiyyə Ərəbistanı tənqid edən açıqlamalarına görə rəsmi Riyad Berlindəki səfirini geri çağırıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Siqmar Qabrielin Livanın sabiq baş naziri Səad Həririnin istefasını tənqid etməsi rəsmi Riyadın bu addımı atmasına səbəb olub. Səudiyyə Almaniyanın Riyaddakı səfirinə etiraz notası verməyə hazırlaşır.

Qeyd edək ki, Həriri 4 noyabrda Riyada səfəri zamanı istefa verib. Onun istefasında Səudiyyə günahkar hesab edilir və baş nazirin buna məcbur edildiyi iddia edilir. Səad Həriri bu günə qədər ölkəsinə qayıtmayıb. O bu barədə söz versə də, ölkəsinə yox, bu gün Fransaya səfər edəcək.

Gülşən
Qaynarinfo.Az