Dünya 11:13 22.04.2018

Səudiyyədə dövlət çevrilişinə cəhd iddiası

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda kral sarayı yaxınlığında silah və partlayış səsləri eşidilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə dövlət çevrilişinə cəhd edilməsi barədə iddialar yayılıb.

Lakin Riyad polisi icazəsiz uçan və saraya yaxınlaşan "drone"a müdaxilə edildiyini bildirib. Polis atəş açılmadığını vurğulayıb.

Gülşən