Video 13:12 03.05.2018

Sevil və Sevinc bacıları efirdə ağladı (VİDEO)

Azərbaycanın tanınmış əkizləri Sevil və Sevinc Səfərova "Səhər-səhər” proqramına qatılıblar.
 
Qaynarinfo xəbər verir ki, məşhur bacılar iki il əvvəl dünyasını dəyişən ataları barədə danışıblar. 

Səfərovalar proqramda açıqlama verərkən göz yaşlarını saxlaya bilməyiblər: "Bu gün, həm evin kişisiyəm, həm də anamın qızıyam. Atamız 54 yaşında vəfat etdi. Hər şey çox anidən baş verdi. Anamgil Murmansk şəhərində idi, bacımla mən atamı dəfn etdik. Bunun üçün güclü olmalısan.

Nə bizim, nə də qardaşımın toyunu görə bilmədi. Yeni il günü, bayramlarda tədbir götürmürük. Atam bizi səhnədə görməyi çox sevirdi. Röya əməkdar artist adını alandan sonra atam zəng edib bizə əməkdar artist adını almağımızı arzuladı. Bacımla baş-başa verib ağladıq”.