Top və tank mərmiləri partladı: Turistlər və əhali köçürüldü (FOTOLAR)

Top və tank mərmiləri partladı: Turistlər və əhali köçürüldü (FOTOLAR)

Şimali Kipr Türk Respublikasındakı Çatalköy qəsəbəsində silah-sursat anbarında partlayış meydana gəlib.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, yanğın və partlayış səhər saatlarına qədər davam edib. İstirahət mərkəzi yaxınlığında yerləşən anbardakı top və tank mərmilərinin partlaması yaxınlıqdakı hotel və yaşayış evlərinə maddi zərər vurub. Ərazidə yaşayanlar evakuasiya edilib, turistlər hoteldən çıxarılaraq zirzəmidə yerləşdirilib, həmçinin sahil bölgəsinə aparılıblar.

Ölkə prezidenti Mustafa Akıncı hadisə ilə əlaqədar açıqlama verərək tələfatın olmadığını və hadisənin nəzarət altına alındığını bildirib.

Partlayış səbəbi qeyri-müəyyəndir.

XƏBƏRLƏR
BLOGLAR