Dünya 18:51 18.07.2018

Şimali Kiprdə miqrant gəmisi batdı: 19 ölü, 25 itkin

Aralıq dənizinin Şimali Kipr Türk Respublikası sahillərində miqrant gəmisi batıb.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 160 suriyalı miqrantı daşıyan gəmidən 105 nəfər xilas edilib. 19 nəfər dünyasını dəyişib, 25 nəfər isə itkin düşüb.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

Gülşən