Dünya 17:23 24.06.2018

Türkiyə və Şimali Koreya razılaşdı: 500-ə yaxın türk əsgəri təhvil veriləcək

Şimali Koreya bu ölkədə dünyasını dəyişən əsgərləri ölkələrinə təhvil verməyə hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 12 iyunda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında keçirilən görüşdən sonra qərar qəbul edilib.
 
1950-1953-cü illərdə Koreya müharibəsində dünyasını dəyişən hərbçilərin ölkələrinə təhvili, itkin düşmüş və həbsdə olanların axtarışına start verilib. Ötən gün ABŞ bu ölkəyə tabutlar göndərib.
 
Şimali Koreyadan Türkiyəyə isə 500-ə yaxın cənazənin təhvili gözlənilir. Məsələ ilə bağlı Şimali Koreya və Türkiyə arasında 2001-ci ildən danışıqlara start verilib. Türkiyənin Seul səfiri Ersin Erçin Şimali Koreyanın nüvə fəaliyyəti səbəbilə danışıqların o dövrdə yarımçıq qaldığını vurğulayıb. Şəhidlərin şəxsiyyətləri müəyyənləşdiriləcək, daha sonra əsgərlərin Türkiyədə, yoxsa Cənubi Koreya sərhədində yerləşən BMT məzarlığında dəfn ediləcəkləri barədə qərar qəbul olunacaq.

Gülşən