Dünya 16:30 21.02.2018

Şimali Koreya ABŞ-la görüşdən son anda imtina etdi

ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə Şimali Koreya rəsmiləri Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmişdi. 

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ xarici işlər nazirliyinin sözçüsü Hezə Nauert iki ölkə nümayəndələri arasında planlaşdırılan görüşün son anda baş tutmadığını bildirib. Şimali Koreya rəsmiləri Mayk Pens ilə görüşdən son dəqiqədə imtina edib. 

10 fevral tarixinə planlaşdırılan görüş zamanı vitse-prezident Şimali Koreya nümayəndələrini nüvə və ballistik raket fəaliyyətlərinə son verməyə razı salmağı planlaşdırırdı. 

Qeyd edək ki, Şimali Koreyanın Olimpiya Oyunlarındakı nümayəndə heyətinə ölkə rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çenin başçılıq edirdi.

Gülşən