Dünya 11:30 24.04.2013

Şimali Koreya barrikadalar qurur

Şimali Koreya tank əleyhinə ağır silahlarını Cənubi Koreya sərhədi boyunca qurulmuş barrikadalara yerləşdirir. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Çinin "Beijing TV" kanalı xəbər yayıb. 

Səhərdən etibarən telekanal Şimali Koreya hərbçilərinin iri beton parçalarını sərhədə yığmaları ilə bağlı kadrlar nümayiş etdirib. Kanal bildirib ki, həmin barrikadalar Cənubi Koreya ordusuna məxsus tank və zirehli texnikaların hərəkətinin qarşısını almaq üçündür. 

Kanal həmçinin qeyd edib ki, həmin barrikadalar şimali koreyalılar üçün əsas iş sayılır, çünki ölkə rəhbərliyi müharibəyə hazırlaşır.  

Qaynar.info