Şimali Koreya Co Baydeni quduz it adlandırdı

Şimali Koreya Co Baydeni quduz it adlandırdı

Şimali Koreyanın rəsmi xəbər agentliyi ABŞ-ın sabiq vitse-prezidenti, hazırkı prezidentliyə namizəd Co Baydeni quduz it adlandırıb.

Qaynarinfo xəbər verir ki, Koreya rəsmisinin açıqlamasında bildirilir ki, C.Bayden ölkə rəhbərliyi barədə böhtan xarakterli fikirlər səsləndirib. C.Bayden "aşağı IQ səviyyəsinə sahib", "ölənə qədər kötəklənməli olan quduz it" adlandırılıb. Xəbərdə sabiq vitse-prezidentin yaşla əlaqədar ağlını itirdiyə də iddia edilib.

Qeyd edək ki, yayımlanan materialda Şimali Koreyanın Cənubi Koreyaya Kumqanq dağında inşa edilən tətil müəssisələrinin dağıdılması üçün ultimatum verib. Kumqanq Şimali Koreya ərazisidir, Cənubi Koreya 2008-ci ilə qədər əraziyə səfərlər təşkil edib. Bölgədə turistlərdən biri vurulandan sonra rəsmi Seul turist səfərlərini dayandırmışdı.

Gülşən

XƏBƏRLƏR
BLOGLAR