Dünya 10:59 16.05.2018

Şimali Koreya Trampı görüşü təxirə salmaqla hədələdi

Şimali Koreya ABŞ-ı 12 iyunda Sinqapurda keçiriləcək görüşü təxirə salmaqla hədələyib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Şimali Koreyanın rəsmi televiziyası ABŞ və Cənubi Koreyanın hərbi təlimini "işğal təlimi" adlandıraraq görüşün təxirə salınmasınn ehtimallar arasında olduğunu bildirib. 

Görüşün 12 iyunda Kim Çen InDonald Tramp arasında baş tutması planlaşdırılır.

Qeyd edək ki, Kim Çen Inın nüvə silahından imtina etməsi barədə qərarından sonra 27 iyunda Cənubi və Şimali Koreya liderləri bir araya gəldi. Tərəflərin bu gün növbəti dəfə görüş keçirməsi, ilk qarşılaşmada əldə edilən razılaşmaların rəsmiləşdirilməsi gözlənilir.

Gülşən