Foto 13:49 28.04.2018

Şimali Koreyanın "first lady"si ilk dəfə media qarşısında (FOTOLAR)

Dünən gerçəkləşən Şimali və Cənubi Koreya liderlərinin görüş zamanı Kim Çen İn ilk dəfə həyat yoldaşı Ri Sol Çu ilə dünya mediasının qarşısına çıxdı.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreyanın "first lady"si Cənubi Koreyanın 1-ci xanımı Kim Conq Suk tərəfindən qarşılanıb. 

Qeyd edək ki, Kim Çen İn 1950-1953-cü illəri əhatə edən Koreya müharibəsinin ardından Cənubi Koreyaya səfər edən ilk Şimali Koreya lideri oldu. Tərəflər 65 ildir davam edən müharibənin bu il rəsmi olaraq yekunlaşacağını elan ediblər. 

Gülşən