"Gartner" tədqiqat şirkətinin hesabatına görə, 2017-ci ilin son 3 ayında dünyada "smartphone"ların alışında geriləmə müşahidə edilib.

Qaynarinfo xəbər verir ki, siyahıda ilk 5-likdə qərarlaşan firmalardan ancaq  "Huawei" və "Xiaomi"nin satışında yüksəlmə müşahidə olunur. Rəqəm müvafiq olaraq, 7,6 və 79%-dir.

"Samsung" şirkətinin satışlarında 3,6%, "Apple" şirkətində isə 5% geriləmə müşahidə olunub.

Ümumilikdə, 2017-ci ildə satılan "smartphone"ların satışı 2016-cı illə müqayidə 2,7% artaraq 1,5 milyard ədədə çatıb.

Gülşən