Texnologiya 16:30 24.10.2017

SOCAR elektromobillər üçün şarz cihazları quraşdırır

Gürcüstanın Qori şəhərində elektriklə işləyən nəqliyyat vasitələri üçün sürətli şarz cihazları quraşdırılır.

"Qaynarinfo"nun "Caucasus Business Week" saytına istinadən məlumatına görə, E-Space İnkişaf və Marketinq şirkətinin direktoru Nata Kasradze bildirib ki, şarz alətləri SOCAR şəbəkəsində yerləşir və oktyabrın sonlarına qədər istifadəyə veriləcək.

Cihazların daha 100 bölgədə avtomobil yollarında quraşdırılması gözlənilir və onlardan tez-tez istifadə məsləhət görülmür, buna görə də alətləri kənar bölgələrdə quraşdırmaq daha məqsədəuyğundur.

Bildirilir ki, cihazlardan istifadə pulsuz olacaq.

Gülşən
Qaynarinfo.Az