Video 13:19 27.10.2018

Sofiya hər kəsi güldürdü: "Azərbaycanın ləziz mətbəxi var..." (VİDEO)

Bu gün Heydər Əliyev mərkəzində "Global İnfluence Day" tədbiri keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə dünyanın ən ağıllı robotu Sofiya da çıxış edib. O, səhnəyə Azərbaycanın milli geyimində çıxıb və ölkəmiz haqda fikirlərini bölüşərkən milli mətbəximiz haqda dedikləri hər kəsi güldürüb:

"Azərbaycan gənc və perspektivli ölkədir. Burada olmaqdan məmnunam. Azərbaycanın milli geyimini geyinmişəm. Bakı gözəl şəhərdir və Xəzər dənizinin sahilində yerləşir. Azərbaycanın milli mətbəxi çox ləzizdir. Təəssüf ki, dadına baxa bilmirəm".