Texnologiya 12:35 12.01.2019

"SpaceX" 6 min işçisini ixtisar edir

İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti işçilərinin 10%-ini ixtisar edəcək.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, təxminən 6 min işçi şirkətdən xaric ediləcək. Açıqlamada bildirilir ki, "SpaceX"in fəaliyyətinə davam edə bilməsi üçün ixtisar barədə qərar qəbul edilib.

Qeyd edək ki, ötən ilin iyun ayında Mask 7 vəzifəli şəxsin işinə son qoymuşdu. Addımın səbəbi "Starlink" peyklərinin istehsalı və sınağı ilə əlaqədar yaranan fikir ayrılığı olub.

"The Wall Street Journal"-a görə, "SpaceX" dekabr ayında 500 milyon dollar dəyər qazanaraq bazar qiymətini 30,5 milyard dollara çatdırıb. 

Gülşən