Xəbər lenti

Dünya 10:18 24.05.2013

Spirtli içki satışı qadağan edildi

Türkiyədə gecə saatlarında spirtli içki satışı qadağan edildi. Bu və digər qadağaları nəzərdə tutan qanun layihəsi dünən parlamentdə qəbul edilib.

Qaynar.info-nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qanunda bildirilir ki, spirtli içkilərin reklamı və istehlakçılara tanıtımı qadağan edilir. Bu məhsulların istehlak edilməsini və satışını təşviq edən kampaniyalar həyata keçirilə bilməyəcək. Ancaq spirtli içkilərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ixtisaslaşdırılmış sərgilər keçirilə biləcək.

Spirtli içki istehsal, idxal edənlər və satanlar heç bir tədbirə məhsullarının marka, emblem və ya işarələrindən istifadə edərək dəstək verə bilməyəcək. Açıq spirtli içki satışı icazəsi olan məkanlarda xidmət məqsədi daşıyan əşyalarda marka, emblem və loqodan istifadə edilə biləcək.

Televiziyalardakı serial, film və kliplərdə spirtli içkini təşviq edən görüntülərə yer verilməyəcək.

Spirtli içki istehsal və idxal edənlər, eləcə də satanlar təşviq, hədiyyə, endirimli və ya pulsuz şəkildə spirtli içki paylaya bilməyəcək. Bu qaydaları pozanları 5 min lirədən 200 min lirəyə qədər cəza gözləyir.

18 yaşından kiçiklərə spirtli içki satılmayacaq. Bu qaydanı pozanlara pul cəzasıyla yanaşı, uşağın səhhətini təhlükəyə atdığı üçün 6 aydan 1 ilə qədər həbs cəzası veriləcək. 18 yaşından kiçik şəxslərə spirtli içkilərin istehsalında, satışında yer verilməyəcək. Qanunun qəbul edildiyi tarixə qədər bu işlərdə işləyən 18 yaşından kiçik şəxslər isə bir il ərzində işlərini davam etdirə biləcəklər. p> Axşam saat 22:00 ilə 06:00 arasında pərakəndə içki satılmayacaq. Spirtli içkilər icazə verilən yerlərdə açıq içiləcək, bu yerlərdən kənara çıxarılmaq üçün isə satılmayacaq. Spirtli içkilər məkanın içində satılacaq. Avtomobil yollarının üstündəki təsislərdə, tələbə yataqxanalarında, tibb müəssisələrində, idman müəssisələrində, təhsil qurumlarında, qəhvəxanada, qiraətxanada, şirniyyat mağazalarında, yanacaqdoldurma stansiyalarının mağaza və restoranlarında da spirtli içki satışı qadağan ediləcək. Qanun çərçivəsində spirtli içki satışı həyata keçirən yerlərlə təhsil müəssisələri və yataqxanalar, eləcə də ibadətxanalar arasında qapıdan-qapıya ən azı 100 metr məsafə şərti olacaq.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?