ÜST

ÜST "Ebola" virusuna görə fövqəladə vəziyyət elan etdi

Dünya Səhiyyə Təşkilatı "Ebola" virusu səbəbilə fövqəladə vəziyyət elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın direktoru Tedros Adhanom Gebreyesus məlumat verib.
 
Onun sözlərinə görə, epidemiyadan əziyyət çəkən Konqo Demokratik Respublikası ilə əlaqələri kəsməmək, bu ölkəni təcrid etməmək, mübarizə üçün dəstək vermək və birlik nümayiş etdirməyin vaxtıdır. 

Qeyd edək ki, "Ebola" ilk dəfə 1976-cı ildə Konqoda aşkarlanıb. Virus bu günə qədər 10 mindən çox insanın ölümünə səbəb olub. 

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR