Xəbər lenti

Dünya 18:44 19.07.2018

Süni ət istehsal ediləcək

Hollandiyanın "Mosa Meat" şirkəti süni ət istehsalı üçün 7,5 milyon avro yardım toplaya bilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ilk süni əti 5 il əvvəl istehsal edən şirkət 2021-ci ilə qədər satışa başlamağa ümid edir. Laboratoriyada kök hüceyrə vasitəsilə mal əti istehsal edilmişdi. Şirkətə Almaniya, İsveçrə, Hollandiyanın müxtəlif təşkilatları dəstək verir. Daha əvvəl "Google"un rəhbəri Sergey Brin də "Mosa Meat"ə 1 milyon avro dəyərində maddi yardım etmişdi.

Qeyd edək ki, 1 ədəd süni hamburger əti 1 dollara başa gəlir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->