Video 13:30 18.01.2020

Suraxanıda uşağı döyən müəllimə məhkəməyə veriləcək

Suraxanı rayonunda 2 nömrəli uşaq evində uşağı döyən müəllimə məhkəməyə veriləcək.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə 2 nömrəli uşaq evində müəllimənin uşağı döyməsini əks etdirən görüntüyə münasibət bildirərkən deyib. 

O bildirib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verəcək:

"Bu görüntü MeydanTV-nin paylaşımına görə, Suraxanı rayonu 2 saylı Uşaq Evində çəkilib... İstər tərbiyəçi, istər ana - hər kimdirsə, qanun qarşısında cavab verəcək. Sabah araşdıracam və müvafiq qurumlara da müraciət edəcəyəm".

Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan biri döyülüb. Uşağın döyülməsi ilə bağlı mətbuatda və sosial şəbəkədə videogörüntülər yayılıb.

Bahar Rüstəmli