Dünya 14:01 24.11.2017

Suriyada müharibə başa çatır?

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda bir araya gələn suriyalı müxaliflər iki günlük iclasın ardından BMT-nin Cenevrə konfransında iştiraka razılıq veriblər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının nümayəndəsi Bəsmə Kadmani "Cenevrəyə ön şərt olmadan gedirik. Məqsədimiz siyasi dəyişikliklə təhlükəsiz cəmiyyət qurmaqdır. Bu da hazırki rejimlə birlikdə mümkünsüzdür" deyib. 

50 nəfərdən ibarət müxalif qrupun nümayəndələrinin adları bu gün müəyyənləşdiriləcək. 

Prezident Bəşər Əsədin konfransda iştirak edib-etməyəcəyi hələlik bilinmir. Rusiyanın dəstəyini alan Əsəd hakimiyyətdən getməsinin müzakirə mövzusu olmadığını bildirir. 

Vətəndaş müharibəsinin 7-ci ilini yaşayan Suriyada hələlik sabitlik üçün ciddi addımlar atılmayıb. İŞİD terror təşkilatına qalib gələn ölkədə hələ də siyasi qeyri-sabitlik hökm sürür. 

Gülşən