Dünya 13:55 30.11.2018

Suriyalı fəal işgəncə ilə öldürüldü (FOTO)

Suriyalı fəal Leyla Şüveykani işgəncə ilə öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Komitəsi məlumat yayıb. ABŞ vətəndaşlığına sahib fəal 2016-cı ildən bəri Bəşər Əsəd rejimi tərəfindən həbs edilmişdi. 28 yaşlı Leylanın ölüm xəbəri 4 gün əvvəl ailəsinə verilib. Şüveykani barədə sonuncu dəfə 26 dekabr 2016-cı ildə məlumat almaq mümkün olub.


 
Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!