Ölkə 20:50 22.03.2018

Sürücülərin nəzərinə: Bu yolda diqqətli olun!

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.

Bu barədə Modern.az-a AAYDA-nin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Məlumatda qeyd olunur ki, sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.