Ölkə 12:43 06.05.2013

Sürüşdürülən bina çat verdi

Bakıda “Qış parkı” adlanın ərazidə prezidentin sərəncamı ilə sürüşdürülən binada çat yaranıb. 

10,5 metr sürüşdürülən tarixi binada dərin çatlar yaranıb. Bu barədə məlumatı Teleqraf.com-a həmin binanın sakinləri veriblər. Onların sözlərinə görə, bəzi ev sahibləri mənzillərini satışa çıxarıblar. Bəziləri isə mənzillərinə qayıtmaqla bağlı göstərişi gözləyirlər. 18 min ton ağırlığa sahib olan bina Füzuli 39 ünvanında yerləşir.

Xatırladaq ki, sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilib. Bina saatda 8 sm sürüşdürülüb. Proses 4 gün davam edib. Adıçəkilən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Füzuli küçəsinin genişləndirilməsidir.

Qaynar.info