Dünya 18:59 12.12.2017

Taksi sərnişindən 8 km üçün 18 min dollar aldı (FOTO)

Taksi xidməti təklif edən Uber şirkəti 21 dəqiqəlik yol üçün 18 min 518 dollar ödəniş alıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində baş verən hadisədə 12-16 dollar ödəniş əvəzinə yanlışlıqla bu məbləğ alınıb. Şirkət daha sonra bu hadisəyə görə üzr istəyib və artıq məbləği müştəriyə qaytarıb. 

Qeyd edək ki, Uber daha əvvəllər də belə yanlışlıqlara yol verib. Viskonsindən olan cütlük 214 dollar əvəzinə 898 dollar ödəmək məcburiyyətində qalmış, lakin yanlış daha sonra düzəldilmişdi.

Gülşən