Ölkə 14:33 09.11.2017

Taksi sürücüsünü döyməkdə ittiham olunan Ağası Hüseynovun anası: "Bunların dərdi puldur"

Bir neçə gün əvvəl "Qaynarinfo"-da Bakı şəhər sakini Fərid Nemətovun şikayət məktubu əsasında yazı dərc olunub.

O, saytımıza göndərdiyi məktubda hadisənin 2015-ci ildə baş verdiyini, 2 ildir ki, təhdid və şantaj edildiyini, zərərçəkən tərəf olmasına baxmayaraq, onun özünə qarşı cinayət işi açıldığını qeyd edib.

Məsələ ilə bağlı dərc etdiyimiz yazıdan sonra Ağası Hüseynovun anası, bəstəkar Sədaqət Arifqızı saytımıza zəng edərək, taksi sürücüsünün və bacısı oğlu, iqtisadçı-ekspert Fuad İbrahimovun məsələ ilə bağlı dediklərinin həqiqətə uyğun olmadığını bildirib. 

"Hazırda məsələ ilə bağlı məhkəmə prosesi gedir. Biz haqlı olduğumuzu hüquqi müstəvidə sübut edəcəyik. Hər kəs də görəcək ki, biz şantaj və şər-böhtanla üz-üzə qalmışıq. İş bu dəqiqə Yasamal Məhkəməsindədir. Bunların dərdi isə ancaq puldur". 
 
Çingiz Səfərli
Qaynarinfo.Az