Xəbər lenti

Talibanın 20 iyula qədər sülhə razılıq verməsi gözlənilir
Dünya 13:00 09.02.2019

Talibanın 20 iyula qədər sülhə razılıq verməsi gözlənilir

Taliban terror təşkilatı və Əfqanıstan hökuməti arasında 20 iyula qədər sülh razılaşmasının əldə edilməsi gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Xəlilzad məlumat verib. Əfqanıstanda iyul ayının 20-sində keçiriləcək seçkilərdən əvvəl sülh danışıqlarının yekunlaşması gözlənilir.

Qeyd edək ki, sonuncu dəfə Rusiyanın paytaxtı Moskvada Taliban və əfqan siyasətçilər arasında görüş keçirilib və ortaq bildiriş yayımlanıb. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->