Dünya 11:05 25.08.2019

Tanınmamış Abxaziya Respublikasında prezident seçkiləri

Tanınmamış Abxaziya Respublikasında prezident seçkiləri keçirilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbərliyi uğrunda 9 namizəd mübarizə aparır. Namizədlər arasında hazırkı prezident Raul Xacimba, müxalifətdə yer alan "Amtsaxara" partiyasının rəhbəri Alxas Kvitsiniya, Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Astamur Tarba, Müdafiə Nazirliyinin sözçüsü Oleq Arşba və digərləri var.

Seçicilər 152 məntəqədə səs verəcəklər. 

Namizədlərdən heç biri azı 50% səs toplamasa, seçkinin ikinci turu keçiriləcək.

Gülşən