Maqazin 13:26 02.12.2017

Tanınmış aktyor əməliyyat olundu

Səhhətində yaranmış problemə görə 8 gün öncə Türkiyəyə müalicəyə yollanan aktyor Tərlan Nur Yaşar geri qayıdıb.

Qaynarinfo Kult.az-a istinadən xəbər veirr ki, bu barədə aktyor özü Feysbuk hesabında məlumat paylaşıb. Aktyor onun üçün narahat olanlara minnətdarlığını bildirib. Türkiyədə əməliyyat olunan aktyor bildirib ki, hazırda kiçik bərpa müalicəsi keçir:

"Əziz və diqqətli dostlarım, hər birinizin dualarıyla ayaqdayam, əməliyyatdan sonra tam yaxşıyam. Evimdəyəm artıq. Kiçik bərpa müalicəsi keçirəm”.

Qeyd edək ki, Azərbaycanın tanınmış aktyoru Tərlan Nur Yaşar (Tərlan Fərzullayev) müalicə və əməliyyat üçün Türkiyəyə yollanmışdı. Aktyor Samsun Böyük Anadolu Çiftlik Xəstəxanası Laparoskopik Bariatrik və Metabolik Cərrahi Klinikasında müalicə alıb, əməliyyat olunub.

T.Nur Yaşar 7 ildir şəkər xəstəliyindən əziyyət çəkir.

1979-cu il təvəllüdlü sənətçi "Bacanaqlar” , "Qonşular”, "Aramızda qalsın”, "Üç Bacı", "Qız Atası" teleseriallarında çəkilib və tamaşaçı sevgisi qazanıb.