Xəbər lenti

Ölkə 17:06 17.10.2019

Tanınmış gəncdən Prezidentə ilginc müraciət

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Prezident İlham Əliyevin yeni Baş Nazir Əli Əsədova gənc, müasir kadrlarla işləmək tapşırığı ilə bağlı sosial şəbəkə üzərində dövlət başçısına müraciət edib. 

Tanınmış gəncin Prezidentə müraciətində olduqca mühüm və ciddi məqamlara toxunulub. Müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident İlham Əliyev!

Baş nazirə gənc, müasir kadrlarla işləmək tapşırığı vermisiniz. Bir Azərbaycan gənci kimi Sizə çox minnətdaram. Zatən Azərbaycan gəncliyi Sizin və hörmətli Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın əvəzsiz dəstəkləri sayəsində ayaqdadır, inkişaf edir, dövlətinə xidmət edir və bu həmişə belə davam edəcək. Hər bir Azərbaycan gənci qeyd-şərtsiz Sizin əsgərinizdir.

Amma biləsiniz ki, bir sıra hallarda Sizin gənclər və gənclər siyasəti ilə bağlı verdiyiniz qərar və tapşırıqlar, geniş miqyaslı layihələr sabotaj olunur, təhrif olunmaqla Sizin əleyhinizə yönəldilməyə çalışılır.

Kimlərinsə qohumu, dostu, tanışı, sinif yoldaşı, pul ortağı, "lyubimçiki” deyilsənsə, dövlətə yük olmadan ölkəyə xidmət etmənə baxmayaraq işin çətindən də çətindir.

Sinəsini önə verib Sizə, ailənizə qarşı yönələn haqsız hücumlara cavab verənlərə "siyasiləşmiş gənclik” deyirlər.

Amma bütün bunlar önəmli deyil. Bizlər hər daim, ən ağır şərtlər altında belə Sizin əsgəriniz olmağı özümüzə şərəf bilirik!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->