Dünya 17:07 26.09.2013

Tanınmış model bank soydu - ŞOK VİDEO


Rusiyada 24 yaşlı fotomodel Culyetta Almazovanın əlində tapança ilə bank soyması günün mövzusu olub.

Qaynar.info
xəbər verir ki, Moskvada modelliklə məşğul olan Almazova ailəsinin yaşadığı Nijni Novqorod şəhərinə gedib. Başına corab keçirib həqiqi tapançaya oxşayan silahla banka gedərək kassadakı qadından pulları tələb edib.

Qadının sifəti görünməsə də, geyindiyi paltar onun ələ keçməsinə səbəb olub. Bankdan götürdüyü 100 min rublla paltarını dəyişmədən dəmir yol stansiyasına gedən model orada polislər tərəfindən saxlanılıb.

Etiraz etmədən günahını boynuna alan model belə bir soyğunu nə üçün etdiyini hələ də anlamadığını və götürdüyü pulları geri qaytarmağa hazır olduğunu deyib.

İndi gözəl manekeni 10 il həbs cəzası gözləyir.

Qaynar.info