İrəvan Dövlət Dram Teatrının rejissoru Sərvər Əliyevin səhhətinin pisləşdiyi və Kardiologiya Elmi Tədqiqat İnstitutuna yerləşdirildiyi barədə xəbər yayılıb.

İrəvan Dövlət Dram Teatrından Qaynarinfo-ya verilən məlumata görə, rejissorun vəziyyəti yaxşıdır: "Bu gün işə gəlməyib. Özü ilə əlaqə saxlamışıq. Bir az nasazlayıb. Ciddi bir problem yoxdur".

Kardiologiya Elmi Tədqiqat İnstitutundan isə onlarda bu adda xəstənin olmadığı bildirilib.
 
Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti Sərvər Əliyev 2017-ci ildən İrəvan Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışır.
 
Çingiz Səfərli