Xəbər lenti

Tədavülə yenilənmiş 1 qəpiklik metal pul nişanları buraxıldı
Ekonomiks 17:26 20.05.2024

Tədavülə yenilənmiş 1 qəpiklik metal pul nişanları buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Qaynarinfo xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->