Tele-aparıcının toyunda erotik qalmaqal: Bəyin valideynləri toyu tərk etdi (FOTO/VİDEO)
Televiziya aparıcısı Kseniya Sobçak və rejissor Konstantin Boqomolovun evliliyinin, eləcə də sonrakı bayram ziyafətinin təfərrüatları məlum olub.
Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, rejissorun toydan sonrakı ziyafətdə iştirak edən valideynləri gəlinin qonaqlara təqdim etdiyi "yaradıcı hədiyyə”dən şoka düşüblər. Jurnalistlərin bildirdiyinə görə, gəlinlərinin erotik rəqsi "təzə bəyin” valideynlərini çaşqınlığa salıb.
Bəyin valideynləri – kinotənqidçi Konstantin Boqomolov və Olqa Ulyanova soyunmayla müşayiət olunan erotik rəqsdən xoşlanmayaraq, tortun verilməsini belə gözləməyərək ziyafəti tələsik tərk ediblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər