Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən avqustun 22-də yığmanın yeni baş məşqçisi Fatih Terimlə birgə imzaladığı sənədi mətbuata təqdim edib.
Lent.az-ın məlumatına görə, Dəmirörən “Qalatasaray” rəhbərliyinin iradlarına cavab olaraq bu addımı atıb.
Klub rəsmiləri Terimin TFF-lə müqaviləsinin onlara göndərilməməsindən narazı idilər. Dəmirörən isə “Qalatasaray”ın sabiq baş məşqçisi ilə müqavilə bağlamadıqlarını söyləyərək, “Sadəcə, xatirə kağızı imzaladıq” deyə əlavə edib. Həmin sənəddə yazılıb: “Türkiyə Futbol Federasiyası adından İcraiyyə Komitəsinin sədri hörmətli Yıldırım Dəmirörən və hörmətli Fatih Terim arasında imzalanacaq müqavilənin Türkiyə futboluna xeyirlər gətirməsini arzulayırıq”.
Şərhlər