Xəbər lenti

Dünya 18:16 13.06.2018

Terrorun Aİ ölkələrinə 12 illik zərəri: 185 milyard..

Terror 2004-2016-cı illərdə Avropa İttifaqının iqtisadiyyatına 185 milyard 431 milyon dollara başa gəlib.

Qaynarinfo xəbər verir ki, terrorun ittifaqın ümumdaxili məhsul istehsalına vurduğu zərər 179 milyard 811 milyon dollardır. Terror səbəbilə insan itkisi, yaralanma və digər zərərlərin məbləği isə 5 milyard 619 milyon dollardır. 

Terror bundan əlavə investisiya, nəqliyyat, turizmə də öz mənfi təsirini göstərib.

Aİ ölkələri arasında terrordan ən çox əziyyət çəkən Fransa olub, məbləğ 44 milyard 943 milyon avrodur. İngiltərədə bu rəqəm 44 milyard 384 milyon, İspaniyada 42 milyard 721 milyon, Almaniyada 19 milyard 457 milyon, Yunanıstanda 10,5 milyard, Belçikada isə 8 milyard 161 milyondur.

Terrorun zərər vermədiyi ölkələr isə Sloveniya, Lüksemburq, Litva və Latviyadır.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->