Moskva vilayətinin rəhbərliyi qəzaya uğrayan təyyarədə həlak olanların ailələrinə təzminat ödəyəcək.
Qaynarinfo xəbər verir ki, vilayətin qubernatoru Andrey Vorobyev məlumat verib.
Qubernator bildirib ki, qəzada ölən hər şəxsin ailəsinə 1 milyon rubl (təxminən 17190 dollar) təzminat ödəniləcək.
Qeyd edək ki, bu gün baş verən təyyarə qəzasında 71 nəfər həlak olub. Onlardan 65-i sərnişin, 6-sı ekipaj üzvü olub. Ölənlərdən biri azərbaycanlı Namiq Qəhrəmanovdur.
Şərhlər