Dünya 12:50 07.12.2017

"Time" jurnalı "İlin adamı"nı seçdi (FOTO)

Dünya şöhrətli "Time" jurnalı "İlin adamı" nominasiyasının qalibini elan edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, jurnal "Səssizliyi pozanlar" hərəkatının iştirakçılarını - cinsi zorakılığa qarşı mübarizə aparan kişi və qadınları "İlin adamı" elan edib. Hərəkatın əsas tərkib hissələrindən birini amerikalı prodüser Harvey Veynsteynin qadınlara qarşı tətbiq etdiyi cinsi zorakılıq faktları ilə mübarizə və etiraz məqsədilə istifadə olunan "#MeToo" (Mən də) "hashtag"ı ilə çıxış edənlər təşkil edib. Jurnal bildirir ki, "İlin adamı" mükafatının qalibləri arasında aktrisa Əşli Cad, müğənni Teylor Svift, eyni zamanda sadə insanlar Meksikadan olan 42 yaşlı çiyələk yığan İzabel Paskual, 26 yaşlı sabiq "Uber" mühəndisi Suzan Fouler və s. şəxslər var. Hərəkatın lideri yoxdur və bu nominasiyaya çox sayda insan layiq görülüb. 

Jurnalın redaktoru Edvard Felsental açıqlama verərək "Səssizlityi pozanlar"ı son 10 illərin ən sürətlə baş verən sosial dəyişiklik prosesi adlandırıb. 

Qeyd edək ki, prodüser Veynsteynin qadınlara qarşı tətbiq etdiyi faktlar aşkarlanandan sonra bir çox şəxs bu hərəkata daxil olmuş, məruz qaldıqları cinsi zorakılıq faktlarını insanlarla paylaşmış və nəticədə bir çox məşhur şəxsin bu tipli əməlləri aşkara çıxmışdı. 

Gülşən