Ekonomiks 16:40 27.11.2017

Məşhur jurnal 2.8 milyard dollara satıldı

Dünya şöhrətli "Time" jurnalı "Meredith Group"a satılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, satış prosesi 2,8 milyard dollar qarşılığında həyata keçirilib. Satış üçün ABŞ-da məşhur Koç ailəsinin iki üzvü Çarlz Koç və Deyvid Koç qardaşları "Meredith Group"a 650 milyon dollar yardım edib. İddia edilir ki, jurnal daha sonra qardaşların idarəsinə keçəcək.

Digər tərəfdən isə, Koç qardaşları "Meredith"in idarə heyətində yer almayacaqlarını, şirkətin fəaliyyətinə müdaxilə etməyəcəklərini açıqlayıblar.

Gülşən