Xəbər lenti

Ölkə 10:33 26.08.2013

Toya gedən sürücü qəzaya düşdü: 1 ölü, 5 yaralı

Avqustun 25-i axşam saatlarında Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə nəticəsində 5 nəfər yaralanıb, 20 yaşlı  gənc isə dünyasını  dəyişib.

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 141-ci kilometrliyində, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Göytəpə qəsəbəsinə toya gələn Füzuli rayon sakini, Fidayəddin Muradov idarə etdiyi "Mercedes" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, Astara istiqamətində hərəkətdə olan Lənkəran şəhəri Sütəmurdov kənd sakini, 1978-ci il təvəllüdlü Zeynalov Famil Əvəz oğlunun idarə etdiyi "Mercedes E Class" markalı avtomobillə toqquşub.

Nəticədə "E Class" markalı avtomobildə olan sərnişin, Astara rayonunun  Siyaku kənd sakini, 1993-cü il təvəllüdlü Abbaszadə Orxan Abbas oğlu  hadisə yerindəcə dünyasını dəyişib. "Mercedes 190" markalı avtomobilin sürücüsü, Fidayəddin Muradov və digər sərnişinlər - 1971-ci təvəllüdlü Məmmədova Gülyanaq Rəvan qızı,1953-cü il təvəllüdlü Orucova Ziyafət Vəli qızı və Muradov Malik Fidayəddin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Xəstəxənasına yerləşdiriliblər. 

Xəstəxananın həkim-travmatoloqu  Babaxan Nəsirovdan aldığımız məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilərək qohumlarının  xahişi ilə öz rayonlarına aparılıblar. Hadisə şahidlərinin bildirdiklərinə görə, qəzaya səbəb "E Class" markalı avtomobilin qəfildən qarşı tərəfdə hərəkətdə olan "Mercedes" markalı avtomobilin yoluna çıxması səbəb olub. Hazırda faktla bağlı BDYP idarəsində araşdırmalar aparılır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->