Dünya 16:55 19.07.2019

Tramp Əmək naziri postuna namizədini açıqladı

ABŞ prezidenti Donald Tramp Əmək naziri postuna hüquqşünas Yevcen Skalianı təyin etməyi düşündüyünü açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Y.Skalia bu vəzifədə ötən günlərdə istefa verən Aleksander Akostanı əvəz edəcək.

Qeyd edək ki, A.Akosta seksual məzmunlu cinayətlərdə ittiham edilən milyarder Ceffri Epştaynı 2008-ci ildə həbsdən çıxarmaq üçün əldə etdiyi razılaşma ilə gündəmə gəlmiş və vəzifəsindən getmək məcburiyyətində qalmışdı.

Gülşən