Foto 14:57 13.11.2017

Trampa sevgi mahnısı (FOTO/VİDEO)

Filippin lideri Rodriqo Duterte ABŞ prezidenti Donald Trampa sevgi mahnısı oxuyub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Fillippində keçirilən Cənub-şərqi Asiya Ölkələri Birliyinin 31-ci konfransında iştirak edən ölkə rəhbərləri üçün təşkil edilmiş yeməkdə ABŞ prezidenti Donald Tramp üçün qeyri-adi jest edilib. Rodriqo Dutertə Trampın xahişi ilə Fillippinin məşhur müğənnisi Pilita Korrales ilə "Ikaw" (Sən) adlı sevgi mahnısını ifa edib. Mahnı sözlərində "Sən həyatımın işığı, ürəyimin yarısısan" sözləri var.

Qeyd edək ki, zirvə görüşünün diqqət çəkən digər tərəfi liderlərin ənənəvi əl-ələ tutma metodu olub. Tramp bu zaman çaşıb, nə edəcəyini bilməyib, lakin sonradan digər prezidentlərə baxaraq vəziyyətdən çıxmağı bacarıb.

Gülşən
Qaynarinfo.Az