Dünya 17:15 06.11.2017

Tramp: "Kim Çen İnlə birlikdə hamburger yeyə bilərik"

ABŞ prezidenti Donald Tramp Şimali Koreya prezidenti Kim Çen İn ilə görüşmək istədiyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tramp "Hər kəslə görüşə biləcəyimi düşünürəm. Bu sərtlik, ya da zəiflik deyil. İnsanlarla bir araya gələ bilmək pis bir şey deyil. Şimali Koreya lideri ilə eyni masa arxasında oturmaqda bir problem görmürəm, hətta bir yerdə hamburger yeməyi belə təklif edə bilərəm" deyib.

Qeyd edək ki, ABŞ prezidenti Asiya ölkələrinə 13 günlük səfərdədir. O, Yaponiya prezidenti Şinzo Abe ilə ortaq açıqlama verərək Şimali Koreya tərəfindən qaçırılan Yaponiya vətəndaşları ilə bağlı danışıb və onların ailələri ilə görüşmələrinə çalışacaqlarını vurğulayıb.

Gülşən
Qaynarinfo.Az