Dünya 11:20 13.10.2018

Trampdan Türkiyəyə mesaj: "Sanksiyalar davam edəcək"

ABŞ prezidenti Donald Tramp Türkiyədə həbs olunan keşiş Brunsonun sərbəst buraxılması ilə bağlı mətbuata açıqlama verib.

Qaynarinfo xəbər verir ki, o, keşişi yenidən azadlıqda gördükləri üçün qurur duyduğunu ifadə edib: "Brunsonun sərbəst buraxılmasını təqdir edirəm. Onu bu gün Oval Ofisdə qarşılayacağam".

Tramp Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların götürülüb götürülməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Türkiyə ilə Brunsonun sərbəst buraxılması qarşılığında sanksiyaların götürüləcəyi ilə bağlı saziş bağlamamışıq", - deyə Tramp bildirib.