Foto 17:23 13.10.2018

Trampın 1 milyon dollarlıq "canavar"ı (FOTO)

ABŞ prezidenti Donald Tramp üçün xüsusi hazırlanan avtomobilin şəkilləri "Twitter" sosial şəbəkəsində paylaşılıb.

Qaynarinfo EkoNews-a istinadən xəbər verir ki, Trampın maşını ABŞ mediasında "canavar" adlandırılıb. Avtomobil Trampdan əvvəlki ABŞ prezidenti Obamanın maşınından daha çox keyfiyyətlərə malikdir.

Avtomobil kimyəvi və bioloji silahlara qarşı hazırlanıb. Zirehli avtomobil həm də döyüş vəziyyətinə də gətirilə bilir. 

Prezidentin avtomobilini ABŞ medyası 1.1 milyon dollar həcmində dəyərləndirib.