Xəbər lenti

Dünya 14:03 26.04.2024

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edir

Yenidən dövlət başçısı postuna namizəd olan ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri ölkələrin dollardan istifadədən imtina etməsinin qarşısını almaq üçün tədbirləri nəzərdən keçirir. 

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, xüsusilə, dollarsız "ikitərəfli ticarətdə iştirak etmək üçün aktiv yollar axtaran” ölkələrə qarşı sanksiyaların tətbiqi müzakirə edilir.

Agentlik bildirib ki, nəzərdən keçirilən tədbirlərə ixrac nəzarəti, valyuta manipulyasiyasına görə cinayət işi və tariflərin tətbiqi daxildir. İddia olunur ki, Tramp seçkidə qalib gələrsə, onun komandası elan edilmiş tədbirləri aktiv şəkildə dollardan imtina yolunu tutan BRİKS üzvü ölkələrə qarşı yönəltməyi planlaşdırır.

Mart ayında CNBC-yə verdiyi müsahibədə Donald Tramp açıq şəkildə bildirib ki, "ölkələrin dollardan imtina etməsinə nifrət edir”. "Mən ölkələrin dollardan imtina etməsinə icazə verməzdim, çünki biz bu standartı itirəndə bu, inqilabda uduzmağa bərabər olacaq. Bu, ölkəmizə zərbə olacaq”, - sabiq prezident bildirib. O, həmçinin rəqəmsal dolların yaranmasının qarşısını alacağına söz verib.

Qeyd edək ki, BRİKS-ə Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2023-cü ilin avqustunda keçirilən sammitdə BRİKS ölkələrinin liderləri 2024-cü ilin yanvarından Argentina, Misir, Həbəşistan, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin təşkilata daxil olması barədə razılığa gəliblər. Lakin Argentina prezident Xavyer Mayli hakimiyyətə gəldikdən sonra BRİKS-ə üzv olmaqdan imtina edib. Mart ayında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, BRİKS rəqəmsal valyutalar və blokçeyn əsasında müstəqil ödəniş sistemi yaratmağa çalışır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->