ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. və həyat yoldaşı Venessa Tramp 12 illik evliliklərini bitirmələri barədə qərar qəbul ediblər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, cütlük boşanma qərarları barədə yazılı açıqlama veriblər.
"12 illik evlilikdən sonra yollarımızı ayırmağı qərar aldıq. Hər zaman bir-birimizə və ailələrimizə böyük hörmət göstərdik. Sahib olduğumuz 5 uşaq ən önəmli prioritetimiz olaraq qalmağa davam edəcək", - deyə açıqlamada qeyd olunur.
Ağ Ev məsələyə münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, cütlüyün 2 qız, 3 oğlan övladı var.
Xatırladaq ki, mediadan uzaq həyat yaşayan Venessa Tramp ötən həftə içərisində şübhəli maddə olan zərf almış və qabaqlayıcı tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilmişdi.
Şərhlər