Dünya 19:05 10.05.2018

Trampla Kim arasında baş tutacaq görüşün tarixi açıqlandı - SON DƏQİQƏ

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında baş tutacaq görüşün vaxtı bəlli olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlər iyunun 12-də bir araya gələcəklər.

Şimali Koreyada həbsdə olan 3 amerikalının sərbəst buraxılmasından sonra Tramp bu barədə sosial şəbəkə hesabında yazıb. O, görüşün iyunun 12-də Sinqapurda baş tutacağını bildirib.

"İkimiz də dünya barışı üçün çox özəl bir an gerçəkləşdirmək üçün çabalayacağıq", - deyə o, qeyd edib.